Finss.az xəbər verir ki, Citi Research analitiklərinin proqnozlarına görə, Brent markalı neftin qiyməti 2025-ci ilin sonuna qədər tədarük çoxluğu fonunda təxminən 60 dollara düşəcək.
Baza proqnozu Brent markalı neftin orta qiymətinin gələn ilin ikinci - dördüncü rübündə bir barel üçün 62 dollar olacağını nəzərdə tutur.
Mütəxəssislərin hesablamalarına görə, OPEC+ qlobal yanacağa tələbatda əhəmiyyətli artım əlamətləri olmasa da hasilatı artırmağa davam etdiyi üçün, neft bazarında 2025-ci ildə təqribən 1,1 milyon barel (gündəlik) və 2026-cı ildə isə 1,6 milyon barrel təklif profisiti yaranacaq.